AZƏRBAYCAN BOYAKARLIĞININ İNKİŞAF MƏRHƏLƏLƏRİ

Author :  

Year-Number: 2021-2
Yayımlanma Tarihi: 2021-05-09 18:11:06.0
Language : Diğer
Konu : Grafik Tasarım, Animasyon, Resim, Seramik, Fotoğraf, Sanat Eğitimi, Heykel, Sanat Kuramı ve Eleştirisi, Restorasyon, Sahne Sanatları, Moda Tasarımı, Cam ve Çinicilik, Animasyon
Number of pages: 119-131
Mendeley EndNote Alıntı Yap

Abstract

Məqalədə çoxəsirlik incəsənətimizin ən qədim dövrlərdən başlayaraq inkişaf mərhələləri qeyd edilmişdir. Həmçinin məqalədə tarixilik prinsipi və xronoloji ardıcıllıq gözlənilmiş,əsasən təhlil metodundan istifadə olunmuşdur. Qaya təsvirləri Abşeron yarımadasında,Ordubad yaylaqlarında, Kəlbəcər dağlarında tapılmış qaya təsvirləri bu rayonlarda yaşamış qədim insanların qoyub getmiş olduğu dəyərli mədəniyyət və nicəsənət abidələridir. Qədim dövr ərzində ölkəmiz ərazisində müxtəlif mərhələlərdə yaranan ilk dövlətlər Manna, Midiya, Atropatena, Albaniya ərazisində saray və məbəd memarlığının inşasının geniş vüsət alması ona gətirib çıxarır ki, monumental boyakarlıq bu tip tikililərin interyer tərtibatının ayrılmaz elementinə çevrilir VII əsrin ortalarında Azərbaycanın yeni yaranmış ərəb imperiyasının - İslam mədəniyyətinin tərkibinə daxil edilməsi ona gətirib çıxarır ki, bir çox digər Şərq ölkələrində olduğu kimi, Azərbaycan ərazisində də canlı məxluqların – insanların, heyvanların, quşların təsvirinə qoyulan qadağa boyakarlıq sənətində uzun müddətli bir durğunluğun yaranmasına səbəb olur. Memarlıq abidələrinin tərtibatında isə həndəsi və nəbati ornamentlər aparıcı rol oynamağa başlayır. Yalnız XII əsrin sonu – XIII əsrin əvvəllərində Yaxın Şərqdə kitab sənətinin geniş təşəkkül tapıb inkişaf etməsi ona gətirib çıxarır ki, ölkəmiz ərazisində də boyakarlıq sənətinin mühüm sahələrindən biri olan kitab illüstrasiyasının - miniatür sənətinin yüksək inkişaf etməsinə zəmin yaratmışdır. Boyakarlıq tariximizin öyrənilməsi göstərir ki,qədim dövr və orta əsrlərdə həmçinin müasir dövrümüzdə mövcud olmuş istedadlı sənətkarlar Yaxın Şərq və dünya mədəniyyətini zənginləşdirən bir sira qiymətli sənət nümunələri yaratmışlar.Hazırda dünyanın məhşur muzeylərində  toplanan,ümumdünya sənət tarixinin səhifələrində  şərəfli yer tutan bir çox nadir əsərlər Azərbaycan nicəsənətinin orijinal simasını,özünəməxsus bədii-estetik mövqeyini müəyyənləşdirir.

Keywords

Abstract

Keywords


                                                                                                                                                                                                        
  • Article Statistics